Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zəfər günün mübarək əziz Şuşa” başlığı altında ədəbi-bədii gəcə keçirilib

05.11.2021

Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş  Kitabxana  sisteminin  1 saylı kitabxana filialı Cəfər Cabbarli adına 6 saylı məktəblə birliktə 05.XI.2021 -ci il tarixində Şuşanın işğaldan azad olunması günü ilə əlaqədar “Zəfər günün mübarək əziz Şuşa” başlığı altında ədəbi-bədii gəcə keçirildi.İlk öncə tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə 6 saylı məktəbin müəllim və şagird kollektivi,1 saylı kitabxana filialının kollektivi iştirak edirdi. Tədbiri aparıcılar Sadiq Muradov və Lətivə Cəfərova açaraq tədbir iştirakçılarını salamladılar və “Zəfər bayramı” münasibəti ilə təbrik etdilər. Məktəblilərin şəhidlərimiz haqqında şeirləri səsləndirildi. Süleyman Rüstəmin “Ana və poçtalyon” şeirindən hazırlanmış kompozisiyanı iştirakçılara təqdim etdilər.Məktəbin direktoru Vəfa Abbasova öz çıxışında bildirdi ki, 1-ci  Qarabağ müharibəsi zamanı 3 nəfər məzunu və 2-ci Qarabağ müharibəsi zamanı məktəbimizin 6 nəfər məzunu şəhidlik zirvəsinə ucalmışdır.Vəfa müəllimə öz çıxışında öz şəhid məzunları ilə qürur duyduğunu, onların xatirəsinin hər zaman qəlblərdə yaşayacağını əminliklə söylədi.Bütün tədbir iştirakçılarını “ Zəfər bayramı” ilə əlaqədər 6 saylı məktəb adından təbrik etdi.
Mərkəzləşdirilmiş kitabxana sisteminin 1 saylı filialının müdiri Züleyxa Məlikova mədəniyyət beşiyimiz olan füsunkar Şuşamızın,eləcə də bütün torpaqlarımızın  azad edilməsi və “Zəfər bayramı” münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi.O, qeyd etdi ki, bütün Azərbaycan və türk dünyası bu gün sevincə qərq olub.Xalqımızın 28 illik gözləntiləri arzu və istəkləri reallığa çevrilib.Şuşa təkcə Şuşalıların yox  bütün Azərbaycan xalqının  baş tacıdır.Şuşa hər bir Azərbaycanlının gen yaddaşının silinməz səhifəsi,ecazkar mədəniyyətimizin parlaq rəmzidir.Şuşanın azadlığa qovuşması cənab Ali Baş Komandan İlham Əliyevin tarixi qələbəsidir.Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 28 ilin hər gününün qisasını aldı! 
  6 saylı məktəbin hərbi müəllimi Nəriman Sadıqov öz çıxışında bildirdi ki, prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində,Azərbaycan 30 ilə yaxın davam edən müharibədə qalib tərəfə çevrildi.Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı,bütün dünya azərbaycanlıları,bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox,bütövlükdə haqsız güclərin üstünə getdi və subut etdi ki, haqq yolunda,ədələtin,ərazi bütövlüyümüzün bərpası uğrunda vuruşaraq qalib gəldi.Azərbaycan bəlkədə son bir əsrdə bu qədər sevinc yaşamamışdı.Bu tarixi qələbəyə sevinən xalqımız,Azərbaycanın bütün şəhər və bölgələrində öz sevinclərini,böyük qürur hissi  ilə nümayiş etdirdilər.2020-ci ilin 8 noyabr günü Azərbaycan  tarixinə əbədi həkk olundu.Tədbirdə 6 saylı məktəbin şagirdləri vətənə, zəfərə, müstəqilliyə, şəhidlərə torpağa aid şeirlər söylədilər,mahnılar səsləndirdilər.Tədbirin sonunda uşaqlar “Qarabağ Azərbayandır”! şüarını səsləndirdilər.

 

89.8 KB

 

124.6 KB

 

111.2 KB