Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Seyidzadə Mirhüseyn Miryunis oğlunun ailəsini ziyarət edilib

05.11.2021

Gəncə Regional Mədəniyyət İdarəsinin Gəncə şəhər F.Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbi 4 noyabr 2021 ci il tarixində bir qrup müəllimləri məktəbin məzunu, II Qarabağ Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Seyidzadə Mirhüseyn Miryunis oğlunun ailəsini ziyarət edib. Şəhidimizn ailəsinə baş sağlığı verərək, qəhrəmanlarımızın keçdiyi şəhadətli ömür yolundan söhbət açdılar. Şəhidin valideynləri ilə övladları haqqında xoş xatirələrini bölüşdülər. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən şəhid Seyidzadə Mirhüseyn Miryunis oğlu 4 medal və ordenlə təltif olunub.