04.11.2021
20 oktyabr-04 noyabr 2021-ci il tarixlərdə Goranboy rayon Gənclər və İdman İdarəsi, Goranboy rayon Dovlət Rəsm Qalereyası ilə birgə Goranboy rayon ümumtəhsil məktəb şagirdləri arasında xalqımızın və dövlətimizin "Zəfər Günü"nə həsr olunan “Qarabağ Azərbaycandır” adlı rəsm müsabiqəsi keçirildi.
Müsabiqənin əsas məqsədi tarixi qələbəni şagirdlərin gözü ilə görmək və onlarda vətənpərvərlik ruhunu aşılamaq, istedadlı rəssamların aşkar edilməsidir.
Tədbirə başlamazdan əvvəl Vətən müharibəsində şəhid olmuş hərbiçilərimizin əziz ruhu 1 dəqiqəlik sukutla yad edildi.
Hər bir ümumtəhsil məktəbində keçirilən müsabiqədə ümumilikdə 500-nəfərdən artıq sagird iştirak etmiş onlardan məktəb qalibləri rəsm müsabiqəsinin finalına vəsiqə qazanmışdır. Final mərhələsinə təqdim olunan 138 rəsm əsərindən 25 şagirdin əl işləri təşkilatçı idarələr tərəfindən yaradılmış münsiflər tərəfindən təltif edilməsi üçün qiymətləndirilmişdir.