Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bulaq damlası kimi” başlığı altında tədbir şeir gecəsi keçirilib

04.11.2021

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı şair, nasir, tərcüməçi, publisist Mehdiyev Tofiq Mahmud oğlunun anadan olmasının 90 illiyi ilə əlaqədar “Bulaq damlası kimi” başlığı altında tədbir şeir gecəsi keçirtdi. Tədbiri 15 saylı filialın kitabxanaçısı Sulaxbin-Elçi Aygün apardı. Kitabxanaçı ilk öncə tədbirin iştirakçıları Gəncə şəhər M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin 2a sinif şagirdlərini salamladı. Onlara şair Tofiq Mahmudun həyat və yaradıcılığı haqqında, şairin kiçikyaşlı oxucuların bilik səviyyəsinə, dünyagörüşünə, maraq dairəsinə uyğun olan şeirlərindəki uşaq təbiətinin sadəliyi və şairin müdriklik çalarlarının aydın görünməsi barədə onların yaş səviyyələrinə uyğun şəkildə məlumat verdi. Sonra şagirdlər şairin “Azərbaycan torpağında”, “Qızımın sualları”, “Axşam düşür Göygölə”, “Vətən”, “Dibçək”, “Əlifba bayramı”, ”İlk dəfə” və sair uşaq şeirlərini əzbər söylədilər. Kitabxanaçı şagirdlərə və onların sinif müəlimi Gülnar Kərimovaya filial adından öz minnətdarlığını bildirdi və tədbiri şairin yaxın dostu Zahid Xəlilin məşhur misralarıyla yekunlaşdırdı.

 

150.7 KB

 

126.3 KB