Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sən qalibsən Azərbaycan!” mövzusunda ədəbi-bədii kompozisiya keçirilib

04.11.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və MKS-nin 16 nömrəli kitabxana filialı Şuşa şəhərinin azad edilməsi və Zəfər günü ilə əlaqədar “Sən qalibsən Azərbaycan!” mövzusunda ədəbi-bədii kompozisiya keçirdi.

Tədbirdə Gəncə şəhər K.D.Uşiniski adına 29 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak edirdi. Mərkəzin bələdçisi Sevinc Bədəlova şagirdlərə Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyəti haqqında geniş məlumat verdi.

Tədbirdən öncə torpaqlarımızın azad olunması uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri açıq elan edən Mərkəzin direktor əvəzi İlknur İsgəndərova qeyd etdi ki, 2020-ci ilin 27 sentyabrında başlayan, 44 gün davam edən haqq savaşımızda Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Bu gün azad olunmuş bütün torpaqlarımızda üçrəngli bayrağımız əbədi dalğalanır. Bu hünər savaşında şirin canlarından keçən şəhidlərimizin, öz sağlamlıqlarını torpaqlarımızın ərazi bütövlüyü uğrunda itirən qazilərimizin, Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıqları əsrlər boyu Azərbaycan xalqının yaddaşında yaşayacaqdır.

Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva, MKS-nın kitabxanaçısı Tünzalə İsmayılova, K.D.Uşiniski adına 29 nömrəli orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova çıxış edərək qeyd etdilər ki, 8 noyabr Zəfər günü ilə yanaşı Azərbaycanın Mədəniyyət paytaxtı, Qarabağın incisi, Qafqazın Konservatoriyası sayılan Şuşanın azad olunduğu gündür. Ümummilli Lider Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur” deyimi bu gün öz reallığını tapdı. Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərini Azərbaycan Mədəniyyətinin paytaxdı elan edərkən demişdir: “Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxdı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır ”. Bizim bu zəfərimiz sübut etdi ki, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq düşmən üzərində tarixi qələbə çalıb, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi.

K.D.Uşiniski adına 29 nömrəli orta məktəbin şagirdləri Vətənə, Zəfərə, Qələbəyə, Qarabağa həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

 

162 KB

 

130.5 KB

 

388.4 KB