Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhidlər ölməz, Vətən bölünməz” adlı “Şəhidlər xiyabanı”na ziyarət edilib

04.11.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialı 04.11.2021-ci il tarixində “Şəhidlər ölməz, Vətən bölünməz” adlı “Şəhidlər xiyabanı”na ziyarət təşkil etdi.

Şəhidlər xiyabanı Gəncə Tibb Kollecinin 3-cü kurs tələbələri, şəhid bacısı Nailə Əliyeva və kitabxananın fəal oxucularından biri olan Nərmin Kərimova ilə birlikdə ziyarət olundu.

Tədbirdə filialın müdiri Esmira Həsənova qeyd etdi ki, 44 günlük Vətən müharibəsində Zəfər günü Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir.Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri də  canı-qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Azad olmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılması, ölkə rəhbərinin böyük  sevinc hissi ilə xalqımıza verdiyi qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul oldu. Azərbaycanın apardığı müharibə ədalətli və  müqəddəs Vətən müharibəsi idi. Eyni zamanda bu savaş  şərlə xeyir qüvvələrinin mübarizəsinin məntiqi yekunu oldu.

Filialın böyük kitabxanaçısı Gülnar Hüseynova da bildirdi ki, vətən müharibəsində qazandığımız qələbə bizim üçün böyük qürur və fəxrdir. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş, şəhid olmuş oğulların adlarını yaşatmaq onları daima anmaq hər birimizin vətəndaşlıq borcudur.

Ziyarət zamanı tələbələr həm I, həm də II Qarabağ müharibəsinin şəhidlərini ziyarət etdilər. Onların məzarı önünə gül dəstələri qoydular.

 

196.5 KB

 

189.2 KB