04.11.2021
04.11.2021-ci il tarxində Gəncə Regional Mədəniyyət İdarəsi Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Bağırsaq kənd kitabxana filialının işçiləri 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Müddətdən Artıq Xidmət edən (MAXE) Qabilov İsmayıl Əli oğlunun ailəsini ziyarət edib. Görüşdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik məqamına ucaldılmış igid oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə filial müdiri Xəlilova Sona açaraq bildirdi ki, vətən müharibəsi xalqımızın həm hüquqi, həm də mənəvi haqqından doğan, beynəlxalq ədalətə söykənən reallığı, eyni zamanda, nəinki ölkəmizin vətəndaşlarının , eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Vətən sevgisinin, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı olmasından danışdı.
Tədbirdə şəhidin həyat yoldaşı Qabilova Nəsibə vətən müharibəsində Murovdağ, Ömər aşırımı istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək 28.09.2020- ci il tarixində şəhidlik zirvəsinə ucalmasından danışdı. Şəhid 05.12. 2020-ci il tarixində Göygöl rayonunda Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda” , “Kəlbəcərin azad olunması uğrunda” medalları ilə təltif olunub