04.11.2021
03.11.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Seyidlər kənd kitabxana filialı 44 günlük Vətən Müharibəsində ağır yaralanmış qazi çavuş Mehdiyev Səbuhi Yasin oğlunun ailəsi ilə görüş keçirildi.
Görüşdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Seyidlər kənd kitabxana filialının müdiri Xatirə Məmmədova açaraq Qazimiz Mehdiyev Səbuhi və onun ailəsinə can sağlığı arzuladı. Qazimiz 44 günlük Vətən Müharibəsində Füzulidən başlayıb Şuşanın azad olunmasına qədər keçdiyi döyüş yolundan ətraflı danışdı. Ali Baş Komandan cənab Prezident İlham Əliyev şəhid ailələrini və qaziləri daim diqqət mərkəzində saxlayır və müvafiq sərəncamına əsasən o, “ Füzulinin azad olunmasına görə”, “ Qubadlının azad olunmasına görə”,”Şuşanın azad olunmasına görə” “ Cəsur döyüşçü” medalları ilə təltif edilmiş və 2 otaqlı mənzil hədiyyə olunmuşdur.