Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

«Zəfər tariximiz» adlı məktəblilərin rəsm əsərlərinindən ibarət sərgi təşkil edilib

04.11.2021

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayon Dövlət Rəsm Qalereyası 3 noyabr 2021-ci il tarixdə «8 noyabr Zəfər günü» ilə bağlı Tarix-diyarşünaslıq müzeyinin qarşısında «Zəfər tariximiz» adlı məktəblilərin rəsm əsərlərinindən ibarət sərgi təşkil etdi. İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi Qalereya əməkdaşları tərəfindən ziyarət olundu. Daha sonra sərgiyə baxış keçirildi. Sərginin tamaşaçıları rayon təşkilat nümayəndələri, qazilər, məktəblilər rayon sakinləri olmuşdur. Qalereyanın direktoru Çinarə Abdullazadə sərginin məzmunu barədə məlumat verərək bildirmişdir ki, qarşıdan tarixi Zəfər Günü gəlir. Bu, dünya azərbaycanlılarının həmrəyliyində  mühüm təqvimdir. Bəlkə də son 30 il dünya azərbaycanlıları bu səviyyədə həmrəy olmamışdı. Amma bizi zəfərə aparan yolda 2020-ci ilin 27 sentyabrından elə bir azərbaycanlı olmadı ki, həmrəylik nümayiş etdirməsin. İstər dünyanın dörd bir yanında yaşayan soydaşlarımız, istər öz vətənimizdə olan insanlarımız  Zəfər yolunda həmrəylik göstərdi

 

115.4 KB

 

117.8 KB