Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Aşıq Ələsgər “ mövzusunda videokonfrans keçirmişdir

03.11.2021

Gəncə şəhəri Nizami Gəncəvi Muzeyi və Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğu Aşıq Ələsgərin 200 illik yubleyi ilə əlaqədar “ Aşıq Ələsgər “ mövzusunda videokonfrans keçirmişdir. Nizami Muzeyinin direktoru Könül Süleymanova tədbir iştirakçılarını salamlayaraq, Aşıq Ələsgərin Azərbaycan şifahi xalq ədəbiyyatındakı misilsiz xidmətlərindən söhbət açdı. Konfransı Aşıq Ələsgərin nəvəsi Xətai müəllim açaraq babasının Azərbaycan söz sənətindəki rolundan bəhs etdi. Daha sonra söz Aşıq Alının nəvəsi Taleh Əli oğluna verildi. O, Aşıq Ələsgərin həyat və yaradıcılığından söz açdı. Daha sonra digər tədbir iştirakçıları da çıxış edərək öz təşəkkürlərini bildirdilər.