Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Abdullayev Rəşid Abdulla oğlunun ailəsini ziyarət edilib

03.11.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı "Şəhidlər Vətənin qan yaddaşıdır" başlığı altında 44 günlük II Qarabağ Vətən müharibəsində şəhid olmuş Abdullayev Rəşid Abdulla oğlunun ailəsini ziyarət etdilər. Kitabxananın əməkdaşları şəhidin ailəsinə  dərin hüznlə baş sağlığı verərək, vətən uğrunda qanları ilə tarix yazmış şəhidlərimizin, qəhrəmanlarımızın keçdiyi şəhadətli ömür yolundan söhbət açdılar. Nəsillərə örnək oğullarımız daim böyük ehtiramla yad edilərək, gələcək nəsillərə ötürüləcəkdir. 
Şəhid Abdullayev Rəşid Abdulla oğlu 23.03.2002-ci ildə Samux rayonunda anadan olmuşdur. 30 aprel 2020-ci ildə  N saylı hərbi hissədə xidmətə başlamışdır. 27 sentyabrda başlayan II Qarabağ Vətən müharibəsində cəbhənin Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Xocavənd uğrunda gedən döyüşlərdə böyük sücayət göstərmişdir. 08 noyabr 2020-ci il Şuşa istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 10 noyabr 2020-ci ildə Samux rayonunda torpağa tapşırılmışdır.Görüşdə şəhidin valideynləri övladları haqqında xoş xatirələrini bölüşdülər.Onun kiçik yaşlarından necə vətənpərvər olduğundan söhbət açdılar. Anasının söylədiyinə görə uşaqkən oyandığı zaman bayrağı dalğalandırmağı daha çox sevərmiş.Sonda şəhidin anası göz yaşları ilə oğluna ithaf etdiyi şeiri səsləndirdi.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən şəhid Abdullayev Rəşid Abdulla oğlu, "Vətən uğrunda", "Füzuli uğrunda" medalları ilə təltif olunmuşdur.

 

 

139.8 KB

 

125.6 KB

 

145.3 KB