03.11.2021
3 noyabr 2021-ci il tarixdə Gəncə Regional mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzi Kitabxananın işçiləri Heydər Əliyev parkında 8 noyabr Zəfər Gününə həsr edilmiş “ Qarabağ Azərbaycandır” adlı kitab sərgisi təşkil etdilər.
Sərgidə Goranboy rayon sakinləri, Ağsaqqallar ,1-ci Qarabağ müharibəsi veteranları iştirak etdilər.
Tədbiri xidmət şöbəsinin müdiri Səidə Abdullayeva sərgidə iştirak edənlərə 44 günlük müharibə haqqında məlumat verərək qeyd etdi ki, 44 günlük müharibə və düşmən üzərində Tarixi Qələbə dövlətimizin siyasətini, qətiyyətini nümayiş etdirməklə, həm də çətin gündə xalqımızın birliyini,əyilməzliyini ortaya qoydu, ordumuzun Azərbaycanın hərb tarixinə şanlı səhifə yazmaq bacarığına malik olduğunu sübuta yetirdi. O qeyd etdi ki, Şanlı OrdumuzunAli Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı qələbə bizdə çox böyük qürur hissi yaratdı.
Tədbirdə 1-ci Qarabağ müharibəsi iştirakçıları, veteranlar öz döyüş yollarından söz açdılar.Vətən yolunda , xalq yolunda hər an ölümə hazır olduqlarını bildirdilər.