Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycanın zəfər qəhrəmanları”adlı şeir gecəsi keçirilib

03.11.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi Vətən müharibəsində şəhid olmuş igid oğulların xatitəsinə həsr olunmuş “Azərbaycanın zəfər qəhrəmanları”adlı şeir gecəsi keçirtdi. Şöbənin müdiri Ellada Rəhimova iştirakçıları salamlayarq tədbiri açıq elan etdi. Əvvəlcə vətən müharibəsinin şəhidləri bir dəqiqəlik sükutla yad olundu. Sonra tədbirə başlayaraq qeyd etdi ki, vətənin müqəddəsliyini hər şeydən uca tutan Azərbaycan oğulları torpaqlarımızı vuruşaraq canı- qanı bahasına düşməndən geri aldı. Son damla qanınadək torpaqlarımızı müdafiə edib qələbə çaldı.Tədirdə iştirak edən Gəncə şəhər 42 nömrəli məktəbin müəlliməsi Bədəlova Zuzanna öz çıxışında bildirdi ki, danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. Düşməni diz çökdürərək onu ağ bayraq qaldırmağa məcbur etdi. Sonda 42 nömrəli məktəbin şagirdləri şəhidlərə, qəhrəmanlığa həsr olunmuş şeirlər səsləndirdilər.