02.11.2021
01.11.2021-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalının işçiləri 44 günlük Vətən Müharibəsində könüllü iştirak edən qazi Rəhimov Rüstəm Həsrət oğlu ilə görüş keçirildi.
Görüşdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Oxu zalın müdiri Həbibullayeva Mehriban açaraq bildirdi ki, Vətən müharibəsi iştirakçısı olan qəhrəmanlarımızın döyüş yolunun gənc nəsil üçün nümunə olduğunu, onların göstərdikləri qəhrəmanlıqlardan gənclərimizə danışılmalı olduğundan danışdı.
Tədbirdə qazi 27 sentyabr 2020-ci il tarixində könüllü olaraq Vətən müharibəsinə getməsindən, Kəlbəcər-Murovdağ uğrunda gedən döyüşlərdə igid oğullarımızın göstərdiyi şücaətdən və həmin döyüşdə yaralanmasından danışdı.
Prezident cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən “Vətən uğrunda”, medalı ilə təltif olunmuşdur.