02.11.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filalı 18 saylı orta məktəbdə “Şanlı zəfər tariximiz”adlı şeir gecəsi keçirdi. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 2 saylı filialın müdiri Firuzə Yunusova 44 günlük Zəfər tariximizdən danışaraq qeyd etdi ki,27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. 30 ildir itirdiyimiz dəyərləri özümüzə qaytardı. Biz illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik mərhumiyyətə 44 gündə son qoydu. Tarixmizdə yeni səhifə yazdı. Məktəbin müəlliməsi Ceyran İsmayılova qeyd etdi ki, bu günün qüruru, kədərindən böyükdür. Xalqımızın düşmənlə döyüşdə göstərdiyi misilsiz qəhrəmanlıq heç vaxt unudulmayacaq. Tədbirin sonunda şagirdlər Zəfər gününə,Qarabağa və Şəhidlərə həsr olunmuş şeirlər söylədilər.