Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlər xiyabanı ziyarət olunub

02.11.2021

Gəncə Regional Mədəniyyət Idarəsi Gəncə şəhər T. Hacıyev adına 2N-li Uşaq Musiqi Məktəbinin direktoru Qahirə Məmmədova məktəbin müəllim kollektivi və şagirdlərlə birlikdə 23 oktyabr 2021-ci il tarixdə Nəzəriyyə şöbəsinin müəlliməsi Həsənova Nərmin Rəşid qızının həyat yoldaşı II - Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlütü uğrunda şəhadətə ucalmış Qocayev Asif Yolçu oğlunun dəfn olunduğu ”Şəhidlər Xiyabanı”ziyarət edilərək ,şəhidlərin ruhuna dualar oxunub.
Şəhidlər 1 dəqiqəlik sükutla yad edilərək məzarları üzərinə  hörmət əlaməti olaraq gül dəstələri qoyuldu.Şəhidin 2 qız övladı məktəbimizdə oxuyur və onlar atalarının məzarı üstündə şeirlər söylədilər.