Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yaddaşlarda yaşayan igidlər” adlı ”Şəhidlər xiyabanı”na ziyarət təşkil edilib.

02.11.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi  01.11.2021-ci il tarixində “Yaddaşlarda yaşayan igidlər” adlı "Şəhidlər xiyabanı"na ziyarət təşkil etdi. Şəhidlər xiyabanına Gəncə şəhər 26 nömrəli məktəbin üçüncü sinif şagirdləri və ibtidai sinif müəlliməsi Mehriban Məmmədova ilə birlikdə ziyarət olundu. 
Tədbirdə  Uşaq şöbəsinin kitabxanaçısı Nərmin Qasımova  qeyd etdi ki, 44 günlük müharibədə həm  sevinc həm də kədər yaşadıq. Minlərlə şəhid verən xalqımız  şəhidlərimizin qazilərimizin və  əyilməz Azərbaycan ordusunun sayəsində  torpaqlarımızı düşməndən azad edib zəfər çaldı.Torpaqlarımızın yağı düşməndən azad edilməsi,ölkəmizin ərazi bütövlüyünün  bərpa olunması uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi isə  xalqımızın qəlbində əbədi olaraq yaşayacaq.
Tədbirdə 26 nömrəli məktəbin  müəlliməsi  Mehriban Məmmədova da bildirdi ki, vətən müharibəsində qazandığımız qələbə bizim  ücün böyük qürur və fəxrdir. 44 günlük vətən müharibəsində qəhrəmanlıq göstərib torpaqlarımızı düşməndən azad edərək şəhid olmuş oğulların adlarını yaşatmaq, onları gələçək nəsillərə örnək və nümunə göstərmək isə hər birimizin üzərinə düşən borcdu. Ziyarət zamanı şagirdlər həm I həm də II Qarabağ müharibəsinin şəhidlərini ziyarət etdilər. Onların məzarı önünə gül dəstələri qoydular. Şəhidlərə, qəhrəmanlara həsr olunmuş şeirlər söylədilər.

 

310.8 KB

 

232.8 KB

 

334.4 KB