01.11.2021
01.11.2021-ci il tarxində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Şaplar kənd kitabxana filialının işçiləri 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan (MAXE) Elburus Nadir oğlu Hüseynovun ailəsilə “Şəhidlər hər an qəlbimizdədir” adlı görüş keçirilmişdi. Görüşdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik məqamına ucaldılmış igid oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə filial müdiri Nüvar Tağıyeva açaraq bildirdi ki,Vətən uğrunda mübarizə aparmış,son borcunu şərəflə yerinə yetirən, şəhid oldular gözlərini qırpmadan,dizləri titrəmədən,ürəyində qorxu xofu yaranmadan vuruşdular.Onlar bilirdilər ki,arxada Vətən-Azərbaycan yaşayır.Şəhid qanları ilə suvarılan vətənin hər qarışı müqəddəs olmasından danışdı.
Tədbirdə şəhidin həyat yoldaşı Hüseynova Pərvanə vətən müharibəsində , Murovdağ, Füzuli,Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək 17 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalmasından danışdı. Şəhid 19 oktyabr 2020-ci il tarixində Göygöl rayonunda Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda” ,”Cəbrayılın azad olunması uğrunda”medalları ilə təltif olunub.