01.11.2021
01.11.2011- ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi tabeliyində olan Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbində Nizami ili ilə əlaqədar məktəbin nəzəriyyə şöbəsinin müəllimləri Səkinə Ələkbərova , Dünya Tağıyeva, Gövhər Cəfərova, Türkən Bayramova nümünəvi dərslər keçirmişdir. Dərslərdə Azərbaycan bəstəkarlarının Nizami poeziyasını özündə əks etdirən , Nizaminin poemalarındakı obrazları əhatə edən mövzulara toxunulmuş, Nizami irsi təbliğ edilmişdir. Məktəbin şagirdləri Nizaminin qəzəllərindən beytlər səsləndirmişdir.