Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nizami iris incəsənətdə” adlı musiqili-ədəbi konsert təşkil olunub

30.10.2021

Nizami Gəncəvinin 880 illiyi münasibətilə Gəncə şəhərində "Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti" çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Nizami iris incəsənətdə” adlı musiqili-ədəbi konsert təşkil olunub.

Tədbirdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, İslam Birliyi Təşkilatı Forumu başkanı Taha Ayhan, Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və 20-yə yaxın ölkədən rəsmi şəxslər, investorlar və startaplar iştirak ediblər.

Konsertdə 29 oktyabr Türkiyənin Cümhuriyyət Günü münasibətilə təbrik səsləndirilib və musiqi proqramı təqdim edilib. Azərbaycan və Türkiyə bayraqları səhnədə yer almışlar.