Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gözün aydın Qarabağım”adlı musiqili,ədəbi-bədii kompozisiya təqdim edilib

30.10.2021

29 oktyabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyndə fəaliyyət göstərən Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxu zalında Azərbyacan Respublikasının Əməkdar Mədəniyyət işçisi, şair,publisist Bəxtiyar Muradovun “Gözün aydın Qarabağım” adlı poeması əsasında eyni adlı musiqili ədəbi-bədii kompozisiya təqdim edilib.

Tədbirdə ilk öncə Azərbaycanın müstəqilliyi,ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Tədbirin aparıcısı Mərkəzi Kitabxananın oxu zalının müdiri Aidə Abdullayeva II Qarabağ Vətən Müharibəsi haqqında məlumat verdi.

Sonra tədbirə dəvət olunmuş qonaqlar-Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, Respublikanın Əməkdar Mədəniyyət işçisi, şair-daramaturq Xəzangül Hüseynova, Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist Qərib Mehdi, yazıçı-jurnalist, dramaturq, ictimai xadim, “Qızıl Qələm” mükaqfatçısı Nüşabə Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq Zaur Gəncəli, şairlərdən Ramiz Təmkin, Eltun Türkel, Zahir Şirani, Mələksən Murtuzova, AYB-nin Gəncə bölməsinin əməkdaşı İlhamə Yusifli, "Gəncə Maarif evi İctimai Birlyi"nin rəhbəri İmamverdi Vəliyev, Mir Cəlal Paşayev Muzeyinin direktoru İradə İbayeva və başqaları çıxış edərək Bəxtiyar Muradov haqqında öz ürək sözlərini söylədilər.

Onlar Bəxtiyar müəllimə yeni yaradıcılıq uğurları arzuladılar və bildirdilər ki, Zəfər bayramına həsr olunmuş tədbirlərin keçirilməsi təqdirəlayiqdir.

Sonra Mirzə Ələkbər Sabir adına 5 saylı tam orta məktəbin təşkilatçısı Gülşad Əliyevanın rəhbərliyi ilə şagirdlərin ifasında “Gözün aydın Qarabağım” ədəbi-bədii kompozisiyası təqdim edildi.

Tədbirin musiqi proqramını Gəncə şəhər 4 saylı Uşaq Musiqi Məktəbinin muğam sinfinin şagirdləri (müəllim) Vüqar Bağırov, F.Əmirov adına 1 saylı musiqi məktəbinin müəllimi Cavid Məmmədov, 1 saylı musiqi məktəbinn saz müəllimi Aşıq Saleh Tağıyev, Azərbaycan Aşıqlar Birliyi Gəncəbasar Bölməsinin sədri aşıq İlqar Nəcəfov musiqi töhvələri ilə çixış etdilər. Musiqi proqramında “Qarabağ Şikəstəsi”, “Qarabağ”, “Şən Azərbaycan” və s. mahnılar, qəhərmanlığı vəsf edən saz havaları ifa olundu.

Gəncə şəhər MKS-nin direktor əvəzi Fəridə Qədimova çıxış edərək tədbirə dəstəyə görə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova, tədbirdə iştirak edən bütün qonaqlara öz minnətdarlığını bildirdi.

Tədbirin sonunda çıxış edən şair-publisist Bəxtiyar Muradov da Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova, Kitabxana Sisteminin rəhbərliyinə, bütün iştirakçılara minnətdarlığını bildirdi və “Sağ ol Ali Baş Komandanım, var ol Milli Ordumuz” şeirini və bir neçə vətənpərvərlik mövzusunda yazdığı şeirlərini ifa etdi. Tədbir yerli Kəpəz TV-tərəfindən nümayiş üçün lentə alındı.