Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Saz,söz sərvətimiz-Aşıq Ələsgər” adlı onlayn ədəbi-bədii gecə keçirilib

29.10.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 28.10.2021-ci il tarixində Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Saz,söz sərvətimiz-Aşıq Ələsgər” adlı onlayn ədəbi-bədii gecə keçirtdi.
Tədbiri uşaq şöbəsinin müdiri Ellada Rəhimova açaraq Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, əsrarəngiz təbiətimizin göz oxşayan yaraşığından tutmuş el gözəllərinin vəsfini, mərd igidlərin tərifini saz-söz sehriylə ucalardan ucalara qaldıran böyük ustadın ilk kəlməsindən son kəlamınacan bütün söz dünyasında Azərbaycan ruhunun və Azərbaycan dilinin saflığı hakimdir. 
Tədbirdə iştirak edən AYB Gəncə bölməsinin sədri,şair, dramaturq əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova, AYB üzvü,şairə Aləmzər Əlizadə, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun uşaq ədəbiyyatı şöbəsinin böyük elmi işçisi folologiya üzrə fəlsəfə doktorun Gülnar Qəmbərova, AMEA-nın Gəncə bölməsinin Azərbaycan Ədəbiyyat şöbəsinin müdiri,filologiya üzrə fəlsəfə doktoru Quliyeva Ruziyyə,  AMEA Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Əlimuxtarov, Gəncə şəhər 26 saylı fizika-riyaziyyat və informatika təmayüllü məktəbin təşkilat rəhbəri Aytəkin Nəzərova öz çıxışlarında Aşıq Ələsgər yaradıcılığından söhbət açaraq bildirdilər ki, dövrünün şeir, sənət ,eləcə də şərq fəlsəfəsi və islam dini ilə bağlı biliklərə dərindən yiyələnməsi ustadın yaradıcılığında aydın şəkildə görünür. Abad könülləri pərişan eyləmək, dünyanı düzlüyə səsləmək, haqqı nahaq, mərdi namərd ayağına verməmək Ələsgər şeirlərinin başlıca qayəsi idi. Ələsgər şeirində Azərbaycan torpağı Azərbaycan ruhu kimi Azərbaycan dilinin incəlikləri də özünəməxsus bir gözəlliklə cilvələnir. 
Tədbirdə iştirak edən Aşıq Təbriz Vəliyev, Aşıq Kərəm Təbriz oglu və Aşıq Elməddin Bayramov sazda Aşıq Ələsgər yaradıcılığından havalar ifa edərək  iştirakçıların könül dünyasını xoş etdilər. 26 saylı məktəbin yuxarı sinif şagirdləri ustadın şeirlərindən parçalar söylədilər. Sonda Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova tədbirin keçirilməsinin əsas məqsədindən və əhəmiyyətindən bəhs etdi. Qonaqlara tədbirdə iştirak etdikləri üçün öz minnətdarlığını bildirdi.  Qeyd  etdi ki, Ələsgər şeiri Azərbaycan ruhunun güzgüsüdür. Ələsgər poeziyası xalq ruhunun, milli düşüncə və təfəkkürümüzün parlaq ifadəsidir.