Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qəhramanlar unudulmur” adlı görüş keçirilmişdi.

29.10.2021

29.10.2021-ci il tarxində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Quzeyçirkin kənd kitabxana filialının işçiləri 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə  ucalan  Rüstəmzadə Emin Firqət   oğlunun  ailəsilə ”Qəhramanlar unudulmur” adlı görüş keçirilmişdi.

Görüşdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik məqamına ucaldılmış igid oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə filialın kitabxanaçısı Ağalarova Gülxar   açaraq bildirdi ki, torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhramanlar olmasından danışdı.

Tədbirdə şəhidin anası Rüstəmova Kəmalə  oğlunun  vətən müharibəsinə könüllü getməsindən, Suqovuşan istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək 13 oktyabr  2020-ci il tarixində şəhid olmasından danışdı. Görüşün sonunda şəhidin məzarı ziyarət olundu.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunması”  medalları  ilə təltif olunub.

Allah şəhidlərimizə rəhmət eləsin.