Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlər xiyabanı ziyarət olundu

29.10.2021

Gəncə  Regional Mədəniyyət İdarəsi Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Aşırov Ziya və məktəbin müəllim kollektivi 29 oktyabr 2021-ci il tarixində Bərdə şəhərində 1992- ci il tarixində salınan , 1- ci və 2-ci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhadətə ucalmış şəhidlərimizin dəfn olunduğu Şəhidlər xiyabanı ziyarət edilərək,şəhidlərin ruhlarına dualar oxunubdur .

Şəhidlər 1 dəqiqləlik sükutla yad edilərək , məzarları üzərinə hörmət əlaməti olaraq gül dəstələri qoyuldu .

Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Aşırov Ziya çıxış edərək bildirdiki ,Vətən torpağının azad olunmasında , haqq savaşı verərək igidlikləri ilə şücaət göstərən, şərəfli adı daşıyaraq şəhadətə ucalmış bütün Şəhidlərimizə Allahdan rəhmət, məkanların cənnət diləyirik . 200 ildir Azərbaycan torpaqlarına göz dikən ermənilər sui-istifadə edərək özünün işğalçı siyasətini həyata keçirirdi. Azərbaycan xalqının və dövlətinin milli maraqları baxımından ən böyük sərvət onun müstəqil dövlətçiliyidir.Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır,bölünməzdir və daima belədə qalacaqdır .

Şəhidlər xiyabanı ziyarət edilən zaman Vətən müharibəsində şəhadətə ucalmış Baloğlan Müdahətoğlu Nağıyevin ad günü idi . Şəhidin məzarı ziyarət edilərək , ailəsinə baş sağlığı verildi, məzarı üzərinə gül dəstələri qoyuldu .

Eyni zamanda əslən Xocalı şəhərindən olan Şəhidimiz Xəqani Kamranoğlu Nəsirovunda məzarı ziyarət edilərək , ruhuna dualar oxundu, məzarına gül dəstələri qoyuldu .

Son olaraq Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbində Xanəndəlik ixtisası üzrə təhsil alan 2- ci sinif şagirdi Ələsgərli Xəqani Xəyal oğlu Vətən sevgisi və xoş avazı ilə qəlblərə yol tapan Xudayar Yusifzadənin əziz xatirəsinə «Xudayar təsnifini» səsləndirdi .