28.10.2021
2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur.
26-10-2021 ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Şəfəq kənd Mədəniyyət evi və Qaraçinar kənd Mədəniyyət evinin birgə hazırladığı "Aşıq sənətinin şahı Ələsgər" adlı tədbir kecirilmişdir.
Tədbiri giriş sözü ilə açan Şəfəq kənd Mədəniyyət evinin direktoru Samirə Kazımova çıxış edərkən bildirmişdir.
Azərbaycan dövlətinin aşıq sənətinə göstərdiyi böyük diqqət və qayğı bu sənətin inkişafına, tərəqqisinə səbəb olub.
Bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı əsasında ölkədə Aşıq Ələsgərin 200 illik yubleyinin qeyd edilməsidə yüksək səviyyədə təbliğ olunur.
Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.
Daha sonra keçirilən tədbirdə Qaraçinar və Şəfəq kənd məktəbliləri Məryəm İsmayılova, İlhamə İsmayılova və aşıq Elzamin Rəhimov Aşıq Ələsgərin yazmış olduğu şerlərini səsləndirərək saz ifa etmişdilər.