28.10.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisiteminin 1 saylı kitabxana filialı Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasının 110 illiyi ilə əlaqədar "Şərəfli ömür yolu"başlığı altında xatirə gecəsi keçirdi. Tədbiri kitabxananın müdiri Məlikova Züleyxa apardı.
Tədbirdə AMEA-nın üzvi filalogiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov,AMEA-nın Gəncə bölməsinin Azərbaycan ədəbiyyat şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva,AMEA-nın Gəncə bölməsi ədəbiyyat şöbəsinin elmi işçisi Vüsalə Hüseynova,MKS-nin direktor əvəzi Fəridə Qədimova,AMEA-nın Gəncə bölməsi ədəbiyyat şöbəsinin böyük laborantı Fatimə Novruzova çıxış etdilər.
Tədbirdə çıxış edənlər Mirzə İbrahimovun yaradıcılığı və onun keçdiyi həyat yolu haqqında məlumat verdilər.Çıxışçılar Mirzə İbarahimovun bir yazıçı və şəxsiyyət olmaq etibarilə, özündə bütöv vətənimizi-şimali və cənubi Azərbaycanımızı yaşatdığını qeyd etdilər..Tədbirdə Mirzə İbrahimovun "Böyük dayaq"."Gələcək gün","Pərvanə" romanları müzakirə edildi.Mirzə İbrahimovun dil mövzusunu çox ciddi araşdırıb və öz fikirlərini açıq bir şəkildə bəyan etdiyi bildirildi. Ulu öndər Heydər Əliyevin Mirzə İbrahimov şəsiyyətinə,yaradıcılığına verdiyi qiymət yüksək qiymətləndirildi.Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimov Azərbaycan mədəniyyətinin tarixində öz səhifəsini yazan nasir,dramaturq,ədəbiyyatşunas,puplisist, dilçi,tərcüməçi və ictimai-siyasi xadim kimi yaşayacaq.