Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur” adlı görüş keçirilib

28.10.2021

28.10.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana fiialının kollektivi II Qarabağ müharibəsi şəhidi Rəşad Ələkbərovun ailəsi ilə “Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur” adlı görüş keçirdi.

Tədbirdə şəhidin anası I Qarabağ müharibəsi veteranı Nailə Ələkbərova, II Vətən müharibəsi qazisi Elşən İsmayılov, II Vətən müharibəsi qazisi, kapitan Mətin Abdinov, qazi Tural Xanəliyev, qazi Kamal Əmirov və şəhidin döyüş yoldaşları Taleh Məmmədov, Coşqun Musayev iştirak etdilər.

Göz yaşlarına hakim ola bilməyən ana oğlunun uşaqlıq illərindən şəhid olduğu günə qədər olan xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Rəşadın döyüş yoldaşları və qazilərimiz şəhidin döyüş yolundan və şəhidlik məqamına yüksəlməsindən fəxrlə danışdılar.

Ələkbərov Rəşad İlqar oğlu 1997-ci il 15 sentyabrdaGəncə şəhərində anadan olmuşdur. Əslən Gədəbəy rayonundandırGəncə şəhəri 44 saylı orta məktəbi bitirmişdir. Anası Nailə Ələkbərova Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. “Gəncə” alayının tərkibində 1992-1993-cü illərdə Tərtər və Ağdərə cəbhəsində döyüşüb. Birinci Qarabağ müharibəsi veteranıdır.

Rəşad 2016-ci iyulundan 2018-ci ilin yanvarınadək AğcabədiFüzuli, Beyləqan rayonlarında hərbi xidmətdə olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Rəşad Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzuliHadrutDaşaltı və Şuşanın işğaldan azad olunmasında iştirak edib. Şuşa işğaldan azad olduqdan sonra ordumuzun Şuşa-Laçın istiqamətində irəliləyişi zamanı noyabrın 9-da şəhid olub. Gəncənin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

            Tədbirdə kitabxana filialının müdiri Esmira Həsənova da çıxış edərək bildirdi ki, şəhid ailələrinə olan diqqət və qayğı hər birimizin vətəndaşlıq borcudur və şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi olaraq yaşayacaqdır.

            Tədbirin sonunda kitabxana filalının kollektivi tərəfindən şəhid  Rəşad Ələkbərovun adına ucalan bulaq ziyarət edildi.

 

381.9 KB

 

164.6 KB