28.10.2021
27.10.2021- ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində "Beynəlxalq Siyasi Repressiya Qurbanları günü" ilə bağlı videokonfrans keçirildi.
Konfransın ilk açılışını Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açdı.O, tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, 'İctimai rəy" fondunun keçirdiyi sorğuya görə, eyni zamanda respondentlərin 56 faizi hesab edir ki, SSRİ dövründə istənilən insan repressiya qurbanına çevrilə bilərdi.Respondentlərin 16 faizi isə repressiyalara haqq qazandırıb.
Sonra söz Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon üzrə Baş məsləhətçisi Süleyman Əliyevə verildi.O, qeyd etdi ki, Nikita Xruşovun dövründə yaradılmış komissiyanın məlumatına əsasən,1921-1953-cü illərdə SSRİ-də 25-26 milyon insan repressiyaya məruz qalıb.Repressiya olunanlardan 7 milyonun mülki müsadirə edilib, özlərinə sürgün olunub.
Sonda söz Ziyadlı kənd Mədəniyyət evinin müdiri Ülviyyə Tağıyevaya verildi.O, qeyd etdi ki, 1989-cu ildə SSRİ KGB-si 1921-1953 -cü illərdə siyasi repressiyaya məruz qalanların sayını 799455 nəfər kimi göstərərək onlardan 681692 nəfərin 1937-1938-ci illərdə repressiya olunduğunu qeyd edib.