Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sağlam mühit, sağlam gələcək” adlı onlayn görüş keçirilib

28.10.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialı narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş  “Sağlam mühit, sağlam gələcək” adlı onlayn görüş keçirdi. Tədbiri filialın müdiri Firuzə Yunusova açaraq qeyd etdi ki,. bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır.

Tədbirdə Gəncə şəhər 27 saylı məktəbin praktik psixoloqu və Regional Gender İnkişaf Mərkəzinin Gəncə şəhəri üzrə psixoloqu Aynur Nağıyeva, R.G.M. İnkişaf birliyinin əməkdaşı Saida Mədətova öz çıxışlarında  narkotikin tarixindən, zərərlərindən,sağalmaz xəstəlik olmasından,yaratdığı xəstəliklərdən, onunla aparılan mübarizədən, gəncləri bu bəladan uzaq tutmaq yollarından, məktəb valideyn əlaqəsindən, narkomaniyanın qarşısının alınması üçün sağlam mühit və sağlam gələcək yaratmaqdan danışdılar.