Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yeni kitablar” adlı kitab sərgisi keçirildi.

27.10.2021

26.10.2021- ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi  Samux rayon MKS-nin Mərkəzi kitabxanasında “Yeni kitablar” adlı kitab sərgisi keçirildi.

 Yeni kitablar adlı sərgidə Samux rayon İcra Hakimiyyəti , Samux rayon Təhsil şöbəsi ,Samux rayon Gənclər və İdman idarəsi,  Samux rayon Gigiyena və Epidemologiya mərkəzi, Samux rayon Mədəniyyət Mərkəzi,  Samux rayon Uşaq Yaradıcılıq birliyi- idarələri nümayəndələri, Samux rayon üzrə MİHİ –nin sədri, Samux rayon Uşaq Musiqi Məktəbi , Samux rayon M.Ə.Sabir adına 1 saylı məktəb liseyin və S.Əliyev adına 2 saylı tam orta məktəbin şagirdləri , və Samux rayon MKS-nin oxucuları iştirak etmişdir.

Samux rayon MKS-nin direktor vəzifəsini müvəqqəti icra edən Telli Nəsibova  Sərgini açığ elan edərək , sərgi iştirakçılarını salamladı. Sərginin keçirilməsində əsas məqsəd cəmiyyətin intellektual inkişafında kitabın rolunu artırmaq ,kitaba sevgi aşılamaq, mütaliə marağını , və mütaliə təlabatını reallaşdırmaq və oxucu qruplarını Yeni kitablarla tanış etmək olduğunu vurğuladı.

Oxuculara xidmət şöbəsi və uşaq şöbəsinin kitabxanaçıları yeni kitablar haqqında sərgi iştirakçılarını mılumatlandırdılar.