27.10.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı kitabxana filialının kollektivi II ci Qarabağ müharibəsi şəhidi Abbasquliyev Nadir Elçin oğlunun ailəsi ilə "Şəhidlər şərəf zirvəsidir"adlı görüş keçirdi.Şəhidin ailə üzvləri, dostu şəhidlə bağlı xatirələrini paylaşdılar.Abbasquliyev Nadir 6 dekabr 1995-ci ildə Gəncə şəhərində doğulmuşdur.2001-ci ildə M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2012-ci ildə təhsilini N.Hüseynov adına 38 nömrəli tam orta məktəbdə başa vurmuşdur.2014-cü ildə Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Gəncə şəhər Nizami rayon İdarəsinin həqiqi hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin "N"saylı hərbi hissəsində xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra Gəncə şəhər Heydər Əliyev Park kompleksində mühafizə xidmətində çalışmışdır.Vətən müharibəsinə qoşulan Nadir Abbasquliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması istiqamətində vuruşmuş və böyük şücaət göstərmişdir. 8 noyabr 2020-ci ildə Şuşa Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.Ölümündən sonra Abbasquliyev Nadir Elçin oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə"Vətən uğrunda", Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Cəsur döyüşçü" və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə"Şuşanın azad olunması" medalları ilə təltif olunmuşdur.Sonda böyük kitabxanaçı Xəyalə Nəsibova qeyd etdi ki, Şəhidlər qəlbimizdə yüzillik əsarət zincirini qırıb dağıdan igidlər,elimizin obamızın qeyrətli ərləri, xalqımızın vüqarlarıdır.