Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nizami Gəncəvi 880”adlı kitab sərgisi keçirilib

26.10.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qaraağaclı qəsəbə Kitabxana filialında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin -880 illik yubleyi münasibəti ilə “Nizami Gəncəvi 880”adlı kitab sərgisi keçirildi.Sərgidə Nizami Gəncəvinin poemasına daxil olan əsərləri Sirlər xəzinəsi, Xosrov və Şirin, Yeddi gözel, İsgəndərnamə, İqbalnamə, kitabları nümayiş olunmuşdur. Sərgidə Qaraağaclı qəsəbə Şəhid Habil Məmmədov adına tam orta məktəbin şagirdləri iştirak etdilər. Filialın müdiri Əbdürəhmanov Eldəniz tədbirdə iştirak edənlərə dahi şair Nizami Gəncəvi haqqında məlumat verdi və tədbir iştirakçıları kitab sərgisi ilə tanış oldular. Cənab Prezident İlham Əliyevin sərancamına əsasən 2021-ci İl ölkəmizdə Nizami Gəncəvi ili elan olunmuşdur. Tədbirin keçirilməsində əsas məqsəd oxucuların Nizami Gəncəvinin həyat və yaradıcılığı poeziya dünyasının dahisi Nizami Gəncəvinin əsərləri haqqında məlumatlandırmaqdır.