26.10.2021
25.10.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qiyaslı və Aşağı Ağasıbəyli kənd kitabxana filialları Qubadlı rayonunun işğaldan azad olunması ilə əlaqədar "Şanlı qələbə" adlı onlayn tədbir keçirdi. Tədbiri giriş sözü ilə Qiyaslı kənd kitabxana filial müdiri Günel Cəfərova açaraq iştirakçıları salamladı və Qubadlının azad olunması günü münasibəti ilə xalqımızı təbrik etdi.Daha sonra o,Qubadlı rayonunun yaranma tarixi,təbiəti,işğaldan əvvəl əhalinin məşğuliyyəti barədə məlumat verdi. Söz MKS-nin direktorəvəzi Telli Nəsibovaya verildi .O bütün Azərbaycan xalqını Qubadlı rayonun azadlıgı münasibətilə təbrik etdi və bildirdi ki, hər birimiz ömrü boyu rahat yaşayışımız üçün 44 günlük müharibədə şücaət göstərən əsgər və zabitlərimizə minnətdarıq.Şəhidlərimizə Allahdan rəhmət qazilərimizə şəfa dilədi.
Daha sonra söz Aşağı Ağasıbəyli kənd kitabxana filialın müdiri Bayramov Nəsrəddinə verildi.O,işğal zamanı erməni qəsbkarlarının maddi və mədəni abidələrə vurduğu ziyandan söhbət açdı. Tədbirin fəxri qonağı Vətən müharibəsinin qazisi Qubadlı doyüşlərinin iştirakçısı Qurbanov Həbib Cahid oğlu öz döyüş yolundan,yoldaşlarının qəhrəmanlığından danışdı. Qazi Qurbanov Həbib Vətən müharibəsində göstərdiyi igidliyə görə “Qubadlının azad olunmasına görə medalı “, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə”, “ Laçının azad olunmasına görə” , “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur. Qiyaslı kənd klub müdiri Kərimova Bülbül danışaraq qəhrəman oğullarımızla fəxr etdiyini bildirdi.Məktəbli Cəfərov Cəsur öz ürək sözlərini"Ordumuz"adlı şeirlə bildirdi.Tədbirin sonunda Günel Cəfərova iştirakçılara minnətdarlığını bildirdi.