Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zəfər bayramı” adlı tədbir keçirilib

26.10.2021

23 oktyabr 2021 - ci il tarixdə Gəncə Regional Mədəniyyət  idarəsinin T.Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbində “Zəfər bayramı” adlı tədbir keçirilib.  Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbiri məktəbin direktoru Qahirə Məmmədova açdı. O, 2020-ci ilin Azərbaycan tarixinə həm müharibə, həm də qələbə kimi düşməsindən söz açdı.
Sonra nəzəriyyə şöbəsinin müdiri Gülnar Həsənova çıxış edərək qeyd etdi ki, bu gün vətənə sonsuz sevgisi olan, hətta canından keçməyə hazır olan gənc nəsil yetişir.
Məktəbin vokal ixtisası üzrə şagirdləri Sevinc Ömərova “Çırpınırdın Qara Dəniz”, Tunar Cəfərov isə “Azərbaycan” mahnısını ifa etdilər.
Tədbir məktəbin müəllimlərinin və şagirdlərin birgə hazırladıqları musiqili kompozisiya ilə başa çatdı.