26.10.2021
24.10.2021-ci il Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Burunqovaq kənd kitabxana filialı “Qubadlı bizimdir Qarabağ Azərbaycandır" adlı onlayn görüş keçirildi. İlk olaraq torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbiri giriş sözü ilə açan Burunqovaq kənd kitabxana filialının müdiri Yusifova Sahilə Qubadlı rayonu haqqında məlumat verdi .Qubadlı rayonu 14.03.1933-cü ildə yaradılmış, 1 şəhər , 93 kənddən ibarətdir.Rayon mərkəzindəki kitab evi, Xocik ,İşıqlı ,Diləli,Müskanlı kəndlərindəki kitabxana binaları da işğaldan qabaq inşa edilmişdir. Bu müddət ərzində rayon mərkəzində 30-a qədər inzibati bina tikilib istifadəyə verilmişdir. 25 oktyabr 2020–ci ildə Qubadlı şəhəri, ikinci Qarabağ müharibəsi ərzində rayonun 41 kəndi Ermənistan işğalından azad olunmuşdur. Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Samux MKS-nin direktor vəzifəsini müvəqqəti icra edən Telli Nəsibova bu qələbəyə Ali Baş Komandan cənab Prezident İlham Əliyev və Rəşadətli Azərbaycan Ordusunun gücü sayəsində nail olduğumuzu bildirdi. Qubadlı rayonunun azadlığı münasibətilə hər kəsi təbrik etdi , Şəhidlərimizə Allahdan rəhmət Qazilərimizə şəfa dilədi.!
Tədbirin fəxri qonağı Vətən muharibəsinin qazisi Hüseyinov Kərəm Cahandar oğlu idi .Qazi Hüseyinov Kərəm 17 İyul 2001-ci ildə Samux rayon Burunqovaq kəndində anadan olub. 26 iyul 2019-cu ildə müddətli hərbi xidmətə çagrılıb. Hüseyinov Kərəm Vətən muharibəsində keçdiyi döyüş yolundan Şəhid qardaşlarının igidliyindən bəhs etdi. Qazimiz döyüşdə göstərdiyi igidliyə görə “Şücaətə görə”, “ İgidliyə görə “ “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin işğaldan azad olunmasına görə “ medallar ilə təltif edilib. Tədbirdə MKS- nin kollektivi hər biri ayrı ayrılığda Qazimizə təşəkkür etdiyini və Qazilərimizə Allahdan şəfa Şəhidlərimizə rəhmət dilədiklərini söylədilər