Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ağ ölümün qara üzü” başlığı altında söhbət keçirilib

26.10.2021

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi  25.10.2021- ci il Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “Ağ ölümün qara üzü” başlığı altında söhbət təşkil etdi. Tədbirdə Gəncə şəhər 42 nömrəli tam orta məktəbin bir qrup müəllim və şagird kollektivi iştirak etdi. Tədbiri giriş sözü ilə açan şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva qeyd etdi ki, müasir dövrümüzün ağrılı və acınacaqlı bəlalarından biri də narkomaniyadır. El arasında “ağ ölüm” kimi tanınan bu bəşəri bəlaya düçar olanların sayı ildən-ilə artmaqdadır. Narkomaniyanın yayılması hər kəsin sağlam həyat tərzi üçün təhlükə törədir.  Gəlin birlikdə planetimizin ən qlobal problemlərindən birinə çevrilən, gənclərimizi ölümün ağuşuna alan, cəmiyyətimizin mənəvi və intellektual potensialının aşınmasına səbəb olan bu bəlaya – narkomaniyaya “Yox” deyək. Öz ailəmizi, əzizlərimizi, çevrəmizi, ümumilikdə xalqımızı bu bəladan qoruyaq. Sonra  tədbirdə Uşaq şöbəsinin müdiri Ellada Rəhimova və 42 nömrəli tam orta məktəbin təşkilat rəhbəri Esmira Məmmdova çıxış etdilər. Onlar, qeyd etdi ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Yeniyetmə və gənclərə sağlam həyat tərzinin yeganə yolunun mənəvi saflıq və fiziki sağlamlıq olduğunu aşılamalıyıq.

Sonda tədbir iştirakçıları narkomaniyaya həsr olunmuş videoçarx izlədilər.