25.10.2021
22 oktyabr 2021 – ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux şəhər Uşaq Musiqi məktəbində Azərbaycan aşıq məktəbinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 – illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Ülviyyə Nadirova çıxış etmişdir.
Yubiley tədbirində məktəbin müəllimləri Fərəh Zeynalova və Rövşən Babayev Xalq çalğı alətləri ansamblının müşayiəti ilə Aşıq Ələsgərin sözlərinə yazılmış mahnılar ifa etmişlər. Məktəbin saz ixtisası üzrəIII-sinif şagirdiİsmayılov Eltun və V-sinif şagirdi Verdiyev Əjdərin ifasında ”Baş sarıtel” və ”Təbrizi” saz havaları ifa olunmuş.Məktəbin şagirdlərindən Həsənov Zakir və Əsgərova Aylinin ifasında serlər səslənmişdir.