Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Kamil Mübariz oğlu Məmmədovun ailə üzvlərini ziyarət edilib

24.10.2021

 22 Oktyabr 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə Şəhər Mədəniyyət Mərkəzinin kollektivi, Yaradıcılıq evinin müdiri  Əliaga Zeynalov və Sənətkarlıq klubunun kütləvi işçisi Münasib Murğuzov ikinci Qarabağ Vətən müharibəsində şəhid olmuş Kamil Mübariz oğlu Məmmədovun ailə üzvlərini ziyarət etdilər.

         Kamil Məmmədov 1996-cı ildə Gəncə şəhərində anadan olmuş,  Gəncə  Şəhər 15  saylı tam orta məktəbi bitirmişdir. Kamil Məmmədov  2020-ci il sentyabrın 27-dən noyabr ayının 10-a  dək  olan 44- günlük Vətən müharibəsində öz igidliyi ilə fərqlənib. O ,2020-ci ilin noyabr ayının 9-da Xocavənd uğurunda gedən döyüşlərdə  qəhrəmancasına şəhid olub. Qardaşı Qazi Ramil Mübariz oğlu Məmmədov Kamil ilə eyni cəbhədə döyüşməsindən və onun igidliyindən, qəhrəmanlığından söhbət açdı.

     Şəhidin atası Mübariz Məmmədov və anası Aytən Məmmədova igidliyindən və keçdiyi döyüş yollarından danışdı.

      Kamil Məmmədov ölümündən sonra “Hərbi xidmətdə fərqləndiyinə görə”,”Vətən uğurunda”,”Xocavəndin azadlığı uğurunda” medalları ilə təltif olunub.

      Sonra Gəncə Şəhər Mədəniyyət Mərkəzinin kollektivi Şəhid Kamil Məmmədovun ailə üzvləri ilə birlikdə Gəncə Şəhərindəki Şəhidlər xiyabanına gedərək onun və digər şəhidlərin məzarlarını  ziyarət ederək tər qərənfillər düzdülər.

      Şəhid Kamil Məmmədovun valideynləri Gəncə Şəhər Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbrovaya və Mədəniyyət Mərkəzinin kollektivinə görüş və ziyarət üçün  öz minnətdarlıqlarını bildirdilər.Allah bütün şəhidərə rəhmət etsin.