22.10.2021
21.10.2021ci il tarixində Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 6saylı Gənclər kitabxana filialı Azərbaycanin "Şanlı Zəfər tarixi"başlığı altında mövzu gecəsi keçirtdi. Tədbirdə Gəncə şəhər İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edirdilər. Kitabxananın müdürü Məryam Məmmədova 2020ci ilin Azərbaycan tarixinə həm müharibə həm də qələbə ili kimi düşməsindən söz açdı. Bildirdi ki, cənab Prezidentimiz İlham Əliyevin yeritdiyi güclü siyasət və Azərbaycan xalqının milli ordumuzla birlikdə Prezidentimizin ətrafinda dəmir yumruq kimi birləşərək, 30 illik həsrətə son qoymasından danışdı. Məktəbin müəlliməsi Ləman Pənahova 1saylı tam orta məktəbin məzunu olmuş 9şəhid haqqinda məlumat verdi. Sonra məktəbin şagirdi Uğur Şirinov şəhid əmisi Pərvizin xatirəsinə və 8 noyabr qələbə tarixinə həsr etdiyi şerini söylədi. Sonra Qəşəmli Gülçin şəhid anası seirini söyledi. Kitabxanaçı Xəyalə İsmayılova 44 günlük müharibədə azad olunmuş torpaqlarımızdan və hec bir güllə işlətmədən əlbəyaxa döyüslə bayrağımızı ucalara qaldıran Şuşanın azad olunmasından danışdı.Sonda Məryam Məmmədova uşaqların mövzu ətrafında verdikləri sulları cavablandırdı.