Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qələbəyə gedən yollar”adlı görüş keçirildi

21.10.2021

Görüş MKS-nın Uşaq şöbəsi və Mirzə Ələkbər Sabir adına tam orta məktəbin 4B sinifi ilə birgə keçirildi. Görüşü Uşaq şöbəsinin müdiri Venera Məmmədova açaraq iştirakçıları salamladı və Zəngilan rayonunun tarixi haqqında məktəblilərə geniş məlumat verdi.

Daha sonra qeyd etdi ki, 2020-ci il Zəfər tarixini yazıldı.Böyük qaydışın astanasında Zəngilan azadlığa qovuşdu.Ənənəyə sadiq olaraq Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək qələbə xəbərini çatdırdı.Əzəli torpaqlarımız, dünyanın ən böyük çinar meşələri,yeraltı və yerüstü sərvətləri, zəngin mineral bulaqları olan Zəngilan şanlı ordumuz tərəfindən əsl sahibinə qaytarıldı.Artiq “Zəngilansız 28 il” və ya Zəngilan deyəndə hicran, göz yaşları olmayacaq. Artıq Azərbaycanın üçrəngli bayrağı bu qədim yurdumuzda da qürurla dalğalanır.

Mirzə Ələkbər Sabir adına tam orta məktəbin sinif müəlliməsi Ələkbərova Elnurə müəllimədə çıxış edərək qeyd etdi ki, çox sevindirici haldır ki, bu gün torpağa sonsuz sevgisi olan,vətən uğrunda canından keçməyə hər an hazır olan gənc nəsil yetişir.Vətən müharibəsində döyüşən hər bir əsgərimiz  milli qəhrəmanımızdır,qürur mənbəyimizdir. Vətənimizin azadlığı yolunda şəhid olan hər bir qəhrəman əsgərimizin qarşısında baş əyirik.Sonda görüş məktəblilərin Vətən haqqında söylədikləri  şeirlərlə sona yetdi.