Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qayıdışın mübarək!” adlı videokonfrans keçirilib.

21.10.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Oxuculara xidmət şöbəsi 20 oktyabr 2021-ci il tarixində “Qayıdışın mübarək!” adlı videokonfrans keçirilib.

İlk növbədə erməni terrorunun  qurbanlarının və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Samux rayon MKS-nin Oxuculara xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva qeyd etdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 30 ildir həsrətində olduğumuz doğma torpaqlarımızı mənfur düşməndən azad etdi, o yerlərdə ay-ulduzlu üçrəngli bayrağımız dalğalanır.

Tədbirin növbəti hissəsində oxuculara xidmət şöbəsinin kitabxaçısı  Ləman Əliyevanın  hazırladığı “Qayıdışın mübarək” adlı  videoçarx nümayiş olundu.

Daha sonra Samux rayon Mərkəzi kitabxanasının əməkdaşları çıxışlarında bildirdilər ki,özünə inam, məntiqi düşüncə, iti intellekt və ən başlıcası faktlara əsaslanma insana məxsus olan ən ali keyfiyyətlərdir. Azərbaycan xalqının bugünkü qələbəsinin başlıca səbəbi bu keyfiyyətləri özündə cəmləşdirən Ali Baş Komandan və yenilməz, ordumuzun olmasıdır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Milli Ordumuz bu gün Azərbaycanın yeni tarixini yazdı, haqq yolunda tarixi ədaləti bərpa etdi. Şanlı Azərbaycan Ordusu işğalda olan torpaqlarımızın azad etdi.