21.10.2021
20.10.2021 -ci ildə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialı Zəngilan rayonunun 27 illik işğalından azad olunması münasibəti Zəngilan rayon MKS- ilə birgə “ Zəngilan qayıdışın mübarək” adlı onlayn yoldaşlıq görüşü keçirilib.Tədbirə başlamazdan öncə Qarabağımızın azadlığı uğrunda canından keçən şəhidlərimiz əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə qonaq qismində Sumqayıt Regional Mədəniyyət İdarəsi Zəngilan rayon üzrə baş məsləhətçi Mehman Nəsirov, Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Məhrüzə Cəfərova kollektivi ilə birgə, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova,Xocalı rayon MKS-nin direktoru Bəhram Məmmədov , Füzuli rayon MKS-nin nümayəndələri,Xocavənd MKS-dən nümayəndələr iştirak edirdi.
Tədbiri giriş sözü ilə Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialının müdiri Samirə Məmmədova açaraq qonaqları salamladı və Zəngilan rayonunun işğaldan azad olunmasını 27 illik həsrətdən sonra Zəngilan rayonunun azadlığını qeyd etdi. 2020-ci il 20 oktyabr tarixində Prezident, Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla Rəşadətli Azərbaycan Ordusunun gücü sayənsində Zəngilan rayonu işğaldan azad olunmsından danışdı . Bu Zəfər qələbəsi münasibəti ilə Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivini başda Zəngilan rayon üzrə baş məsləhətçi Mehman Nəsirov olmaqla təbdik etdi.
Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon üzrə baş məsləhətçisi Suleyman Əliyeva öz növbəsində qonaqlarımızı salamladı.Bu yoldaşlıq görüşünün hazırlanıb ərsəyə gəlməsində əziyyəti keçən Samux rayon MKS-ni Qarayeri qəsəbə kitabxana filial müdiri Samirə Məmmədovaya və Zəngilan rayon MKS-nin müdiri Məhruzə Cəfərovaya təşəkkürünü bildirdi.Sumqayıt Regional Mədəniyyət İdarəsi Zəngilan rayon üzrə baş məsləhətçi Mehman Nəsirova çıxışında Zəngilan rayonun işğaldan qabağ, işğal dövründə və indiki dağıdılmış tarixi memarlıq abidləri haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Məhrüzə xanım Cəfərova Zəngilan rayonunun MKS-nin işğaldan əvvəl və indiki fondu və fəaliyyəti haqqındada qonaqlara məruzə etdi.
Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova Zəngilan rayonun tarixi haqqında danışdı. Qonaq qismində iştirak edən Xocalı MKS , Xocavənd rayon MKS,Füzuli rayon MKS öz təbriklərini etdilər.