Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəngilan biz sənə qayıtdıq”adlı onlayn tədbir keçirilib

21.10.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı və kənd filiallarının iştirakı ilə Zəngilan rayonunun işğaldan azad olunması münasibəti ilə"Zəngilan biz sənə qayıtdıq"adlı onlayn tədbir keçirildi. Tədbirə başlamazdan öncə Qarabağımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirin ilk açılışını Samux rayon Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açdı. Çıxışında Zəngilan rayonunun 1993-cu ilin oktyabrında işğalından və nəhayət 27 ildən sonra müzəffər ordumuz tərəfindən azad olunmasından danışdı.Sonra isə söz Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon üzrə baş məsləhətçisi Süleyman Əliyevə verildi.O, qeyd etdi ki, Müstəqil Azərbaycanın zəfər salnaməsində yeni bir səhifə açıldı, doğma yurdundan didərgin düşən zəngilanlılar torpaqlarına geri qayıda biləcəklər.Daha sonra söz Mədəniyyət Mərkəzinin müşayətçisi Şəlalə Tağıyevaya verildi.O,  Zəngilanlıları təbrik etdi və bu gün biz torpaqlarımızın azad olunması xəbərlərini eşidərək, qürurlanır, bu vətənin övladı olmağımızla fəxr edirik və sonda qeyd etdi ki, Zəngilan Qarabağdır, Qarabağ Azərbaycandır!