Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Repressiya qurbanları”adlı söhbət keçirilib

20.10.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Oxu Zalı 20 oktyabr 2021-ci il tarixində Repressiya qurbanlarının xatirəsinə həsr olunmuş "Repressiya qurbanları"adlı söhbət keçirdi.
Tədbiri oxu zalının kitabxanaçısı Mina Məmmədova açaraq  Repressiya qurbanları,o ağır günlərlə bağlı məlumat verdi. 1920-ci ildən başlayaraq 30 ilə yaxın davam edən siyasi repressiyalar Azərbaycan tarixində baş vermiş ən böyük faciələrdən biridir. Bu illər ərzində qabaqcıl düşüncəyə malik bir çox ziyalılarımız, şairlərimiz, yazıçılarımız, eləcə də dövlət xadimlərimiz repressiyanın qurbanına çevrildilər. 1937-ci ilin sonunda ümumi repressiyaya məruz qalanların sayı 80 min nəfərə çatmışdır. Azərbaycanda ümumilikdə 1930-1940-cı və 1950-ci illərin əvvəllərində 80 mindən çox adam repressiya edilib ki, bunun da 29 min nəfəri ziyalılardır. Təkcə 1937-ci ildə 16 Azərbaycan generalı qətlə yetirilmişdir. Azərbaycanın Qazaxıstandakı səfirliyinin məlumatına görə, Stalin repressiyaları illərində Qazaxıstanda 150 min azərbaycanlı öldürülüb, onlardan 28 min nəfəri məhkəmə və istintaq olmadan güllələnib.
Tədbirdə iştirak edən Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin gənc tələbələri və fəal oxucuları repressiya illəri ilə bağlı məlumatlarla çıxış edərək qeyd etdilər ki, Repressiya illərində Azərbaycan ərazisində 100 mindən çox ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi Sibirə, Qazaxıstana və uzaq adalara sürgünə göndərilmişdir. Bu bir faktdır ki, əhalinin hər 1000 nəfərinə düşən repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində birinci yerdə durmuşdur. Əgər 1920-ci illərdə birmənalı olaraq "əksinqilabçı” adı ilə cümhuriyyətçilər, yaxud müsavatçı və ittihadçılar məhv edilir, həbs olunub Solovki adalarına göndərilirdisə, 37-ci il repressiyası daha ağır olmuşdur. Bu mərhələdə insanlar "xalq düşməni”, "pantürkist”, "panislamist”, "sui-qəsdçi” adları altında məhv edilmişdir.