20.10.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1və 2 №-li Tatarlı kənd Kitabxana filialları birlikdə 19.10.2021 –ci il tarixdə Zəfər günü ilə əlaqədar “Sən Qalibsən Azərbaycan” adlı tədbir keçirdilər.Tədbiri 2 №-li Tatarlı kənd kitabxana filialının böyük kitabxanaçısı Dursun İsmayılova açdı.Tədbirdə Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Milli Qəhrəman Sərxan Ocaqverdiyevin anası Gülzar Ocaqverdiyeva oğlunun keçdiyi döyüş yolundan danışdı.Tarix müəllimi Tural Cabbarov işğaldan azad olunmuş torpaqlarımız haqqında geniş məlumat verdi.Tatarlı kəndinin qazisi Əliyev Halay Təhmiraz oğlu keçdiyi ağır döyüşlərdən danışdı. Fəal oxocularımız Rzayeva Aysel, Əzizova Könül şəhidlərə aid şeirlər söylədilər.Tədbirdə Kifayyət Məmmədova , Bahar Musayeva çıxış etdilər.