Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şəhidlər bizim and yerimizdir” adlı görüş keçirilmişdir

20.10.2021

  20.10.2021-ci il tarxində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ağyataq kənd kitabxana filialının işçiləri 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə  ucalan  Aslanlı Orxan Şahmar oğlunun  ailəsilə ”Şəhidlər bizim and yerimizdir” adlı görüş keçirilmişdi.Görüşdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik məqamına ucaldılmış igid oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə filial müdiri Saləddin Kərimov  açaraq bildirdi ki,torpaqlarımızın azadlığı uğurunda canından keçməyi bacaran qəhrəmanlar yetirən xalqın şəhidi olur.Azərbaycan yenilməz,mübariz xalq olduğunu şəhidlik zirvəsinə ucalan övladlarının şücaəti,oğul itkisinə mətanətlə dözən müqəddəs anaların dəyanətindən danışdı. Tədbirdə şəhidin anası Ağayeva Bəsdi oğlunun  vətən müharibəsinə könüllü getməsindən, Ağdərə,Suqovuşan istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək 10 oktyabr 2020-ci il tarixində qəhrəmanlıq göstərərək şəhid olmasından danışdı. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda”,”Suqovuşanın azadlığı uğurunda ”medalları ilə təltif olunub.

Allah şəhidlərimizə rəhmət eləsin.