Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Şəhidləri unutmayaq” adlı görüş keçirildi.

20.10.2021

19.10. 2021 - ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzinin Baş məsləhətçisi Əliyev Süleyman, Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif və Mərkəzin  kollektivi ilə birgə II - ci Qarabağ müharibəsində şəhid olmuş Əsədov Ruslan Rövşən oğlunun ailəsi ilə" Şəhidləri unutmayaq" adlı görüş keçirildi.
Görüşdə  ilk öncə şəhidin dəfn olunduğu  məzarlıq ziyarət olundu, onun ruhuna dualar oxunaraq məzarı üzərinə   təzə - tər çiçəklər düzüldü. Daha sonra isə şəhidin evi ziyarət olunaraq onun xatirəsinə düzəldilmiş rəsmi ailəsinə təqdim olundu.
- Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Ruslan Rövşən oğlu  Əsədov 20 oktyabrda vətən uğrunda gedən döyüşlərdə Murovdağ istiqamətində  şəhid olmuşdur. Ölümündən sonra " Vətən uğrunda" ,           " Kəlbəcər uğrunda" medalları ilə təltif olunmuşdur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin !