Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azadlıq tumunu əkdi şəhidlər” adlı görüş keçirilib

20.10.2021

19.10.2021 ci il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialının kollektivi II-ci Qarabağ müharibəsi şəhidi Mirzəyev Hüseyn Elsevər oğlunun ailəsi ilə "Azadlıq tumunu əkdi şəhidlər" adlı görüş keçirdi. Əvvəlcə vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kitabxananın müdiri Natella Hacıyeva adları vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daima hörmət və ehtiramla yad edildiyini, onların hər birinin gələcək nəsillər üçün örnək olduğunu bildirdi. Sonra şəhidin ailə üzvləri, babası, nənəsi və xalası şəhidlə bağlı xatirələrini bölüşdülər. Gəncə şəhər 46 nömrəli orta məktəbi bitirmiş şəhid Hüseyn Mirzəyev eyni zamanda kinq boks üzrə idman növü ilə məşğul olmuş, şəhərlərarası, ölkələrarası idman yarışlarında iştirak edərək medallarla təltif olunmuşdur. 2020-ci il 13 Oktyabrda Fizuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Kitabxanaçı Könül Mirxudayeva bildirdi ki, xalqımızın, ordumuzun haqq-ədalət mücadiləsində nələrə qadir olduğu dünya ictimaiyyətinə bəyan oldu. Biz bir daha sübut etdik ki, Azərbaycan xalqı qürurlu və vətənpərvər xalqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin ailələrinə səbr versin.