Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Düşmən gülləsinə tuş olan Gəncə’ adlı anım günü gətirildi.

20.10.2021

20 Oktyabr 2021-ci il tarixdə Cəncə şəhər Mərkəzləşdirilmiş Kirabxana Sisteminin 6 saylı gənclər kitabxana filialında "Düşmən gülləsinə tuş olan Gəncə' adlı anım günü gətirildi. Tədbirdə GDU müəllim və tələbə heyyəti iştirak edirdi. Tədbir terror qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı. Kitabxananın müdiri Məryəm Məmmədova 2020 ci il oktyabrın 17 də ermənilər tərəfindən mülki insanların hədəfə alındığı bu terrorda günahsız insanların, məsum körpələrin qətlə yetirildiyini bildirərək hadisə zamanı 15 nəfərin qətlə yetirildiyini, 54 nəfərin yaralandığını diqqətə çatdırdı. Tədbirdə çıxış edən GDU baş müəllimi Yəhya Süleymanov gecə saatlarında baş verən bu qərliamın insanlığa sığmayan cinayət olduğunu bildirdi. Sonra tədbir hadisənin baş verdiyi məkanda davam etdi. GDU tələbəsi Nigar Nuriyeva öz çıxışında Gəncə şəhərinin beş dəfə ayrı-ayrı vaxtlarda raket atəşinə məruz qalmasından danışdı. Bildirdi ki, ən yeni qanlı tariximiz olan Gəncə terroru xalqımızın yaddaşından heç zaman silinməyəcək.