19.10.2021
19.10.2021-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi Kəlbəcər rayon 9 saylı tam orta məktəbin 3-cü sinif şagirdləri ilə 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Baş Leytinant Cavad Məmmədov haqqında “Şəhidlik zirvəsi” adlı görüş keçirlmişdir.
Görüşdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə kitabxanaçı Sevinc İsbəndiyarova bildirdi ki, insan öz ömrünü adi bir həyat tərzi kimi də yaşaya bilər ,heç bir iz qoymadan dünyadan gedər.Amma elə insanlar var ki, qısa ömür yaşayır ,sonraki nəsillərə örnək olur,vətəni ,torpağı,milləti bütün insanlara sevdirməyi öyrədir,unudulmaz əməlləri ilə əbədiyyətə qovuşur.Belə insanlardan biridə Cavad Məmmədov 27 sentyabr 2020-ci il tarixində başlanan II Qarabağ müharibəsinə könüllü gedərək Murovdağ uğurunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmasından danışdı. Tədbirdə şəhidin həyat yoldaşı Fərqanə Məmmədova yoldaşı Cavad Məmmədovun keçdiyi şərəfli döyüş yolundan ,ölümdən sonra Prezident cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən“Vətən uğrunda”medalı ilə təltif olunmasından danışdı.
Tədbirdə şagirdlər şəhidlərə həsr olunmuş şerlər söylədilər.
Allah bütün şəhidlərə rəhmət eləsin.